TOTAL REWARD
PLATFORM

Loader
INSIGHT
İŞ DƏYƏRLƏNDİRMƏ

Əməkhaqqı səviyələrinin sadəcə vəzifə adı vəya iki cümləlik "vəzifə təlimatı"na istinadən formalaşdırılması dağıdıcı nəticələrə gətirib çıxarır. Təşkilatlar, gərəyindən artıq əməkhaqqı ödəməklə dəyərli maliyə resurslarını israf edə və xərc strukturunu poza bilməkdədir. Yaxud əksinə, gərəyindən əksik əməkhaqqı ödəməklə lazımlı adamları (belələri daha kompetent əməkhaqqı təklif edən təşkilatlara asanlıqla keçə bilir) itirmək və ziyankar tiplərin (belələri digər təşkilatlara rahatlıqla keçəbiləcək liyakata malik olmur) cəmləşməsinə rəvac verməklə qatbaqat ziyanlı bir duruma düşə bilməkdədirlər ki, bu ikincisi zaman içərisində təşkilatın gələcəyini də məhv edir.

Hər bir vəzifənin real dəyərini bəlirləməkdə və doğru adamları uyğun rollara yerləşdirib onlara optimal səviyədə əməkhaqqı verməkdə təşkilatlara dəstək göstəririk.

İş Dəyərləndirmə Metologiyamız aydınlıq, obyektivlik və tutarlılıq gətirir. O, təşkilatlara hər bir vəzifəni obyektiv meyarlara əsaslanaraq dəyərləndirməyə, bazardakı digər vəzifələrlə düzgün müqayisə aparmağa və data dəstəkli əməkhaqqı sisteminin oturdulmasına, daxili, xarici, fərdi və prosedural ədaləti təmin etməyə imkanı verir. Bu sayədə təşkilatların işəgötürən dəyərini artırmasına dəstək olur, çalışanların motivasiyasının təməlinin sağlamlığını təmin etməklə çalışan bağlılığının əsaslı şəkildə yüksəlməsinə və əməkhaqqı investisiyalarının gətirisinin artırılmasının təmin edilməsinə töhfə veririrk.

 

CONTACT US TODAY TO FIND OUT MORE